Surət Hüseynov reanimasiyadadır - Yaxın qohumu / FOTO

Surət Hüseynov İstanbul xəstəxanalarından birində reanimasiyadadır.

Metbuat.az xəbər verir ki, bunu APA-nın qərb bürosuna açıqlamasında sabiq Baş nazirin Gəncədə yaşayan yaxın qohumu Kamal Hüseynov deyib. Onun sözlərinə görə, Surət Hüseynovun İstanbul aeroportunda səhhətində problem yaranıb və xəstəxanaya yerləşdirilib:

"Surət Hüseynovun səhhəti hazırda normallaşıb, müalicəsi davam edir. Onun bu gün İstanbulda başqa xəstəxanaya köçürülməsi gözlənilir".

Qohumu Surət Hüseynovun son illərdə davamlı olaraq Türkiyədə yaşadığını da deyib.

Qeyd edək ki, bu gün Surət Hüseynovun vəfat etməsi barədə məlumatlar yayılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı