Hərbi Prokurorluq beynəlxalq axtarışda olan erməni cinayətkarlarının sayını AÇIQLADI

"Azərbaycana xalqına qarşı sülh və insanlıq əleyhinə, müharibə, terrorçuluq cinayətləri törədən 300 nəfərdən çox şəxsin müvafiq əməlləri istintaqla sübuta yetirilib"

Metbuat.az xəbər verir ki, bunu Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, Hərbi prokurorun böyük köməkçisi, baş ədliyyə müşaviri Firad Əliyev "Diqqət mərkəzi" verilişində deyib: "Xocalı epizodu üzrə 40-a yaxın, Bağanis-Ayrım üzrə 18 nədər, Qaradağlı 12, Kərkicahan 47 və Meşəli soyqırımızı üzrə 9 nəfərin təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul olunub. Onların axtarışları elan edilib. Axtarışların icrasını təmin etmək məqsədilə İNTERPOL-un Azərbaycandakı Milli Mərkəzi Bürosuna və Daxili İşlər Nazirliyinin Baş Cinayət Axarış İdarəsinə göndərilib. Hazırda istintaq- əməliyyat tədbirləri davam etdirilir", - deyə o qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı