Mourinyonun yeni komandası açıqlandı - Ronaldo da gələcək

Joze Mourinyo Portuqaliya millisinin baş məşqçisi ola bilər.

Metbuatat.az xəbər verir ki, Portuqaliya Futbol Federasiyası Mourinyonu milliyə gətirmək üçün fəaliyyətə keçib. Portuqaliyanın CNN telekanalının məlumatına görə, federasiya mövsümün sonunda təyinatı reallaşdırmaq istəyir. Bildirilir ki, Mourinyo 2010-2013-cü illər arasında “Real Madrid”də üç mövsüm birgə çalışdığı Kriştiano Ronaldo ilə yenidən bir araya gələcək.

"Real"da birlikdə çalışdıqları zaman ikisi arasındakı gərginliyə baxmayaraq, Ronaldonu çalışdırmağın Mourinyo üçün problem olmadığı deyilir. Mourinyo onu milliyə dəvət edəcək. Xəbərdə deyilir ki,Portuqaliya Futbol Federasiyası 2026-cı il Dünya Çempionatında Mourinyo ilə iştirak etmək istəyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı