Türkiyənin “Fənərbaxça” klubu baş məşqçi postuna portuqaliyalı Serjiu Konsesaunu gətirmək qərarına gəlib.
Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisi təcrübəli mütəxəssislə razılıq əldə edib və onu Türkiyəyə dəvət edib. “Haber Global”ın məlumatına görə, “Göztepe”yə 1:2 hesabı ilə uduzduqdan sonra klub rəhbərliyi müvəqqəti baş məşqçi Dirk Kaytla bağlı planlarını dəyişərək yeni təyinatı sürətləndirib.
Qeyd edək ki, “Portu” və “Milan”da çalışan portuqaliyalı məşqçi karyerası ərzində 12 titul qazanıb.