ABŞ təmsilçisi Keyt Duqlas qısa hovuzda 100 metr məsafəyə sərbəst üzmə üzrə dünya rekordunu yeniləyib.
Metbuat.az xəbər verir ki, 24 yaşlı idmançı Vestmontda keçirilən seçmə yarışlarda məsafəni 49,64 saniyəyə qət edib.
Duqlas bununla da 2025-ci ildə Kanadada keçirilən Dünya Kubokunun mərhələsində müəyyənləşdirdiyi 49,93 saniyəlik öz rekordunu geridə qoyub.
Qeyd edək ki, ikiqat Olimpiya çempionu olan üzgüçü dünya çempionatlarında 7, qısa hovuz üzrə dünya çempionatlarında isə 11 qızıl medal qazanıb.