Türkiyənin “Fənərbaxça” klubu “Sabah”ın baş məşqçisi Valdas Dambrauskası heyətinə qatmaq istəyir.

Metbuat.az xəbər verir ki, İtaliyanın “TuttoMercatoWeb” nəşrinin məlumatına görə, İstanbul təmsilçisi litvalı mütəxəssisə 3 illik müqavilə təklif edib. Tərəflər arasında artıq danışıqlar aparılır.

Yaxın günlərdə məsələ ilə bağlı rəsmi açıqlamanın veriləcəyi gözlənilir.

Qeyd edək ki, Türkiyə mediası daha əvvəl “Fənərbaxça”nın “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova da təklif göndərdiyini yazmışdı.