Bakı parklarında təmizlik-dezinfeksiya tədbirləri görülüb - FOTO

İsti yay günlərində parklardakı yaşıllıqlara qulluq göstərilməsi, burada təmizlik-sanitariya qaydalarına riayət olunması və sakinlərimizin normal istirahətinin təşkili məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyətinin tapşırığına əsasən paytaxtın kommunal xidmətləri və Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirilir.

Metbuat.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən verilən məlumata görə, bu tədbirlər çərçivəsində paytaxtın park və istirahət bağlarında kommunal xidmət əməkdaşları tərəfindən təmizlik-dezinfeksiya tədbirləri görülür.

İlk növbədə parklarda idman qurğuları, uşaq əyləncə avadanlıqları, mövcud tikili və pavilyonların ətrafı dezinfeksiya edilir, cücü və həşəratlara qarşı dərmanlanır, skyamya və oturacaqlar yuyulur və digər təmizlik işləri həyata keçirilir. Həmçinin ətraf ərazilərdə məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında təmizlik-dezinfeksiya işləri görülür.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən parklardakı ağacların dibi yumşaldılır, həmişəyaşıl ağaclar yuyulur. Eyni zamanda yaşıllıq zolaqları və parklarda qazon örtüyünə daimi qulluq göstərilir.

Bu kimi təmizlik-dezinfeksiya tədbirləri şəhərdəki park və istirahət bağlarında, yaradılan abad məhəllələrdə mütamadi olaraq keçiriləcək, parklarda təmizliyinin lazımı səviyyədə saxlanılması üçün tələb olunan bütün tədbirlər davam etdiriləcəkdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR