​Bayraktar TB3 PUA-sı tarixi uğura imza atdı - VİDEO

Bayraktar TB3 PUA-sı qısa uçuş-enmə zolağı olan gəmidən havaya qalxıb-enən ilk pilotsuz uçuş aparatı kimi dünya aviasiya tarixinə düşüb.

Metbuat.az xəbər verir ki, TCG Anadolu gəmisində həyata keçirilən uçuş sınağı uğurla başa çatıb. Məlumata görə, Bayraktar TB3 TCG Anadolu gəmisindəki 12 dərəcə mailiyi olan zolaqdan uğurla havaya qalxıb. Egey və Aralıq dənizinin qovuşduğu nöqtədə 46 dəqiqəlik sınaq uçuşu həyata keçirən Bayraktar TB3, daha sonra heç bir eniş dəstək avadanlığından istifadə etmədən eyni qısa uçuş-enmə zolağına uğurla enib.

Bununla da, Bayraktar TB3 PUA-sı həm aviasiya, həm də dənizçilik tarixində ilkə imza atıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı