"Azərbaycan Beynəlxalq Bankı" 272 min manat cərimələndi

Azərbaycan Mərkəzi Bankı (AMB) "Azərbaycan Beynəlxalq Bankı" ASC-ni (ABB) 272 344 manat cərimə edib.

Metbuat.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, bank sektorunda izafi likvidliyin effektiv idarə edilməsi və likvidliyin konsentrasiyasının azaldılması məqsədilə məcburi ehtiyat normaları alətindən istifadə olunur. Banklara tətbiq edilən məcburi ehtiyatlar üzrə tələblər “Mərkəzi Bank haqqında” qanunla, qurumun “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması” qaydası ilə tənzimlənir. Odur ki, banklar tələb olunan məcburi ehtiyatların Qaydaya müvafiq surətdə AMB-də olan müxbir hesablarında saxlanılmasını təmin etməlidirlər.

15 oktyabr - 14 noyabr tarixlərini əhatə edən saxlama dövründə ABB manatla məcburi ehtiyatları tələb olunan normadan az saxlamaqla Qaydanın tələblərinə riayət etməyib. Bundan irəli gələrək, Qanunun 32-ci maddəsinə müvafiq olaraq dövlət bankına qarşı maliyyə sanksiyası tətbiq olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı