ATV kanalının aparıcısı Zaur Baxşəliyev efir vasitəsi ilə həmkarı Xoşqədəm Hidayətqızına başsağlığı verib.
Metbuat.az xəbər verir ki, bu barədə aparıcı "Bizimləsən" verilişində açıqlama edib.
"Dəyərli həmkarımız Xoşqədəm Hidayətqızının anası dünyasını dəyişib.Allah rəhmət eləsin.Haqq dünyasına qovuşub.Başı sağolsun,axır qəmi olsun...", - deyə aparıcı qeyd edib.
Məlumat üçün bildirək ki, aparıcı Xoşqədəm Hidayətqızının anası Ofeliya Baxşəliyeva dünən axşam vəfat edib.