"Barselona" "Real"dan Arda Gülərin qisasını almağa çalışır

“Al Hilal” klubunun ardından “Çelsi”, “Liverpul” və “Barselona” kimi klublar da Kilian Mbappe üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, bu barədə “L'Equipe” qəzeti məlumat verib. İddialara görə, Arda Gülün “Barselona”nı rədd edərək, “Real”a transferindən sonra “Barselona” Mbappeyə təklif irəli sürüb. Lakin Mbappe bu təklifləri geri çevirib. Qəzet yazır ki, futboçunun hədəfi təkcə “Real”dır. Buna görə də o başqa təklifləri nəzərdən keçirməyib.

Qeyd edək ki, PSJ artıq Mbappenin rədd cavabına görə futbolçu ilə müqaviləni 2025-ci ilin yayına qədər uzatmaq variantını aktivləşdirə bilməyib. Çünki, bunun üçün sözləşmədə göstərilən müddət iyulun 31-də başa çatıb. Mbappe transfer fasiləsində klubdan getməsə, gələn mövsüm o PSJ-dn azad agent kimi ayrılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR