"Qalatasaray" "Milan"da icarə əsasında çıxış edən Joao Feliksi transfer etmək üçün hərəkətə keçib.
Metbuat.az xəbər verir ki, "Qalatasaray" transferi mövsümün sonunda reallaşdırmağa çalışır. Okan Burukun rəhbərliyi etdiyi "Qalatasaray" "Çelsi"yə məxsus olan futolçu üçün təklif irəli sürüb. Futbolçu icarə əsasında "Qalatasaray"a transfer ola bilər.
Qeyd edək ki, Joao Feliksin "Çelsi" ilə müqaviləsi 2031-ci ildə başa çatacaq. “Milan”a icarəyə verilən Feliks bu mövsüm ümumilikdə 30 matçda forma geyinmək şansı qazanıb. Joao Feliks bu matçlarda 8 dəfə fərqlənib və 3 məhsuldar ötürmə edib. Joao Feliks icarə əsasında bir sıra klublarda çıxış edib.