"Beşiktaş" 8 futbolçusunu göndərir

"Beşiktaş"ın prezidenti Serdal Adalı 9 nəfərlik "Konyaspor" məğlubiyyətinə çox əsəbləşib.

Metbuat.az xəbər verir ki, 61 yaşlı funksioner baş məşqçi Ole Qunnar-Solskyaerdən hesabat tələb edib. Norveçli mütəxəssis göndəriləcək oyunçuların siyahısını ona təqdim edib.

Hesabata görə bu 8 futbolçu yayda "Beşiktaş"ı tərk edəcək: Joao Mario, Bəxtiyar Zaynutdinov, Salih Uçan, Qabriel Paulista, Onur Bulut, Çiro İmmobile, Aleks Oksleyd-Çemberleyn və Ernest Muçi.

"Ağ-qaralar" bu oyunçularla yollarıni ayırıb, heyətini yeniləri ilə gücləndirməyi planlaşdırır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı