Qrizmannın yeni klubu məlum oldu - Sürpriz seçim

"Atletiko Madrid"in ulduzu Antuan Qrizmann karyerası ilə bağlı təəccüblü qərar verib.

Metbuat.az xəbər verir ki, Fransa yığması ilə dünya çempionu olan ulduz futbolçunun komandadan ayrılmaq qərarına gəldiyi iddia edilib. “Relevo”nun xəbərinə görə, Antuan Qrizmann rəhbərliklə görüşdə klubdan ayrılmaq istədiyini ifadə edib. Forvardın ailəvi səbəblərə görə Avropa futbolu ilə vidalaşmaq və MLS-ə getmək istədiyi bildirilir. Bildirilir ki, futbolçu ABŞ-nin “Los Angeles” komandası ilə danışıqlar aparıb və danışıqlar məhsuldar keçib.

Qeyd edək ki, bu mövsüm "Atletiko Madrid"lə 41 matçda iştirak edən Antuan Qrizmann 16 dəfə fərqlənib və 7 məhsuldar ötürmə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı