Roma Papası XIV Leo çərşənbə axşamı Romadakı “Cemelli” klinikasına yerləşdirilib.
Metbuat.az xəbər verir ki, burada onun ağciyərində cərrahi əməliyyatın aparılması planlaşdırılır.Məlumata görə, əməliyyatı minlərlə cərrahi müdaxilə təcrübəsi olan təcrübəli cərrah Stefano Marqaritora rəhbərlik etdiyi həkimlər qrupu həyata keçirəcək. O, son 10 ildə “Cemelli” klinikasının torakal cərrahiyyə şöbəsinə rəhbərlik edir. Əməliyyat başa çatdıqdan sonra Vatikan tibbi rəy açıqlayacaq. Qeyd edək ki, pontifik daha əvvəl “Vatican News”a açıqlamasında son tibbi müayinə zamanı ağciyərində lokal düyünlü törəmənin aşkarlandığını bildirib.
“Bu, çox erkən mərhələdə aşkarlanıb. Həkimlər cərrahi müdaxilənin zəruri olduğunu düşünürlər. Mən onların tövsiyəsinə əməl edəcəyəm”, – deyə Roma Papası bildirib.