​"Fənərbaxça" türk ulduz futbolçunu heyətinə qatır

"Fənərbaxça" Cengiz Ünderin transferi üçün "Marsel"lə anlaşıb.

Metbuat.az xəbər verir ki, bu barədə “L'Équipe” qəzeti məlumat verib. Məlumata görə, "Fənərbaxça" Cengiz Ünderi transfer etmək üçün "Marsel"ə 15 milyon avro ödəyəcək. Bildirilir ki, "Fənərbaxça" futbolçunun özünü də transfer olmağa razı salıb. Xəbərdə qeyd edilir ki, Cengiz Ünder üçün bir sıra klublardan təklif olsa da, "Fənərbaxça"nın təklifi daha diqqətçəkən olub.

Qeyd edək ki, 26 yaşlı Cengiz Ünderin "Marsel"lə 2025-ci ilə qədər müqaviləsi var. Ötən mövsüm “Marsel”lə 46 matça çıxan Cengiz Ünder 5 qol vurub, 6 məhsuldar ötürmə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı