Yeni qanunla pensiya belə hesablanacaq - AÇIQLAMA

"Baş nazirin 257 saylı qərarı ilə “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na dəyişiklik edilib. Qərarla 5 bənd üzrə dəyişiklik həyata keçirilib. Bu dəyişikliklərdən 3-ü daha çox texniki xarakter daşıyır".

Metbuat.az xəbər verir ki, bu fikirləri millət vəkili Vüqar Bayramov deyib. O qeyd edib ki, əsas dəyişikliklər qərarın 1.3 və 1.4-cü bəndləri ilə bağlıdır:

"Belə ki, yeni dəyişikliyə əsasən, bundan sonra əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması zamanı əsas götürülən əməkhaqqı, dövlət məvacibi, yaxud təminat xərcliyi müəyyən edilərkən şəxsin yalnız əmək və ya xidməti vəzifələrinin yerinə yetirməsinə görə almış olduğu ödənişlər və onlara sonrakı artımlar pensiya təyinatı tarixinə qədər nəzərə alınacaq. Bu o deməkdir ki, pensiya təyanatınadək olan əmək və ya xidməti vəzifələrinin yerinə yetirməsinə görə almış olduğu ödənişlər və onlara sonrakı artımlar pensiya məbləğinin hesablanmasında istifadə olunacaq".

Vüqar Bayramov qeyd etdi ki, digər mühim dəyişiklik əmək pensiyasının sığorta hissəsi qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğdə artırıldıqda, pensiya yenidən hesablanacaq.

"Bu dəyişiklik belə artımlar baş verən zaman pensiya məbləğinin yenidən hesablanmasına və artırılmasına imkan yaradacaq. Deməli, bu hallarda vətəndaşlarımızın pensiyası yenidən hesablanıb artırıla biləcək", - deyə millət vəkili bildirib.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı