​Danimarkanın baş naziri Qurana hücumlarla bağlı ilk dəfə danışdı

Danimarkanın baş naziri Mette Frederiksen ölkəsində Qurani Kərimə edilən hücumlarla bağlı ilk dəfə danışıb.

Metbuat.az xəbər verir ki, o bildirib ki, müqəddəs kitabların yandırılması ilə bağlı mümkün qadağa ifadə azadlığını məhdudlaşdırmayacaq.

“Politico”nun xəbərinə görə, Frederiksen sosial media hesabında yazıb:

"Təhlükəsizlik riski var. Bu, həm də bizi beynəlxalq səviyyədə təcrid olunmaq riskinə məruz qoyur. Bu, tərəfdaşlıq və ittifaqlar qurmaq üçün çox səy göstərdiyimiz bir vaxtda xüsusilə problemlidir. Başqalarının kitablarını yandıra bilməməyin ifadə azadlığına məhdudiyyət olduğunu düşünmürəm. Mümkün qadağa problem yarada biləcək vəziyyət yaratmayacaq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı