Cığatelin nəvəsi faciəvi şəkildə vəfat etdi - FOTO

Xəbər verdiyimiz kimi, şairə Cığatel İsaqızıya ağır itki üz verib.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun 10 yaşlı nəvəsi vəfat edib. Bu haqda şair Nazilə Səfərli instaqram hesabında məlumat yayıb.

O bildirib ki, hadisə qəza nəticəsində baş verib:

“Cığatel İsaqızının oğlu ailəsi ilə Salyan istiqamətində istirahatə gedərkən maşının təkərində nasazlıq yaranıb. Təkəri dəyişmək məqsədi ilə maşını yolun kənarına çəkiblər. Həmin an hərəkətdə olan digər avtomobil bu maşına çırpılır. Ciğatelin 10 yaşlı oğul nəvəsi həlak olub. Oğlunun isə ayaqları sınıb”.

***

“Qafqazinfo”nun məlumatına görə, sözügedən hadisə Ələt-Astara magistralın 38-ci km-də, Salyandan keçən hissəsində qeydə alınıb.

Belə ki, “Nissan” və “Opel” markalı minik avtomobillərinin toqquşması nəticəsində sürücülərdən - Ağstafa sakini, 1987-ci il təvəllüdlü Qasımov Ayaz Camal oğlu ağır xəsarət alaraq komatoz vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sürücünün oğlu, 2014-cü il təvəllüdlü Qasımov Süleyman Ayaz oğlu hadisə yerində ölüb. Azyaşlı qızı Cığatel də xəsarət alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı