Sumqayıt stansiyasında elektrik kəsildi, turniket işləmədi - AÇIQLAMA

Sumqayıt sərnişin stansiyasına şəhər enerji şəbəkəsindən daxil olan elektrik bu gün səhər saat 07.20- 07.40 arası Sumqayıt sərnişin stansiyasına şəhər enerji şəbəkəsindən daxil olan elektrik enerjisinin verilməsində qısa kəsintilər yaranıb.

Metbuat.az xəbər verir ki, məsələ barədə "Azərbaycan Dəmiryolları" açıqlama yayıb.

Bildirilib ki, bu səbəblə stansiyada istismar olunan turniketlərin işində fasilələr yaranıb və sərnişinlərin mənzilbaşına vaxtında çatmaları üçün onların qatarlara buraxılması qeydiyyatdan kənar təmin edilib.

Qeyd edilib ki, hazırda Sumqayıt sərnişin stansiyası fəaliyyətini qrafik üzrə davam etdirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR