Məleykə Abbaszadə abituriyentlərə canlı yayımda müraciət edəcək

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi 16-28 avqust tarixlərində internet vasitəsilə aparılacaq.

Dövlət İmtahan Mərkəzindən Metbuat.az-a verilən məlumata görə, Mərkəzin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Youtube” kanalı vasitəsilə ixtisas seçimi edəcək abituriyentlərə statistik məlumatlar əsasında diqqət yetirməli olduqları məsələlər haqqında məlumat verəcək.

II və III ixtisas qrupları üzrə canlı yayım 11 avqust saat 11:00-da, I, IV və V ixtisas qrupları üzrə isə 18 avqust saat 11:00-da təşkil olunacaq.

Qeyd edək ki, “Abituriyent” jurnalının 4 saylı buraxılışının, həmçinin, II və III qruplar üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçaların bu həftənin sonuna kimi nəşr olunması nəzərdə tutulur. I və IV qruplar üzrə müvafiq kitabçalar isə imtahan nəticələri ilə əlaqədar yaradılmış Apellyasiya komissiyası öz işini yekunlaşdırdıqdan sonra - növbəti həftənin axırına kimi nəşr olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR