Qonşu ölkədə dollar kəskin bahalaşdı

İran rialı ABŞ dolları qarşısında yeni antirekord səviyyəyə enib.

Metbuat.az xəbər verir ki, çərşənbə axşamı məzənnə 1 dollar üçün 1 milyon 36 min rial səviyyəsində olub.

Ekspertlərin fikrincə, kəskin enmə keçən həftə Vaşinqtonun İran neft sektoruna qarşı yeni məhdudiyyət tədbirləri elan etməsi fonunda baş verib.

Xatırladaq ki, 2018-ci ildə İran valyutasının məzənnəsi 1 dollar üçün təxminən 55.000 rial təşkil edirdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı