Bakıya 4 milyarddan çox investisiya qoyulub - Çoxu tikintiyə xərclənib

2023-cü ilin ilk yarısında Bakı şəhərinin iqtisadiyyatına investisiya qoyuluşu 4 mlrd. 32.3 mln. manat olub, illik müqayisədə 17.3% artıb.

Metbuat.az xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsindən bildirilib.

Başqa sözlə, son bir ildə Bakıda əsas kapitala yönəldilən vəsaitlər 17,3% artıb.

Sözügedən yatırımın 2 mlrd. 169.1 mln. manatı tikinti-quraşdırma işlərinə yönəldilib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 13.5% çoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı