Məhsul qiymətləri ilə bağlı “Veysəloğlu”dan aylıq AÇIQLAMA

Veysəloğlu Şirkətlər Qrupu ona aid marketlərdə ən yüksək alıcı tələbatı olan məhsullar üzrə 2023-cü il iyul ayının qiymət indeksini açıqlayıb.

“Veysəloğlu Pərakəndə İndeksi”nə görə, 2023-cü ilin iyul ayı üzrə şirkət müştərilərinin ən çox aldığı məhsulların qiymətində keçən ilin iyul ayına nisbətən 7.1% artım müşahidə edilib (cədvəl 1). Belə ki, tez köhnələn qida məhsullarının qiymətində keçən ilin iyul ayına nisbətən 9.7% artım, quru, dondurulmuş qida məhsullarının, şirniyyat və spirtsiz içkilərin qiymətində 5.4% artım, spirtli içkilər və tütün məmulatlarının qiymətində 3.4%, gigiyena və təmizlik vasitələrinin qiymətində isə 8.1% artım izlənilib.

Cədvəl 1:

Qeyd edək ki, indeks inflyasiyanın göstəricisi deyil. Məlumatı paylaşmaqda məqsəd maliyyə qurumlarına maraqlı ola biləcək məlumatları vermək və ümumi müştərilərə aylıq məhsul alışı üçün büdcə planlamalarında dəstək olmaqdır.

Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. Şirkətlər Qrupunun fəlsəfəsi ölkə iqtisadiyyatı və əhali üçün dəyər yaratmaqla qida təhlükəsizliyi və ərzaq təminatının davamlılığına nail olmaqdır. Şirkətlər Qrupu 2022-2023-cü illərdə Deloitte şirkətinin təşkil etdiyi nüfuzlu Best Managed Companies müsabiqəsinin qaliblərindəndir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı