"Ukraynanın taleyi ABŞ-dakı seçkilərdən asılıdır" - CNN

Ukraynadakı münaqişənin nəticəsini ABŞ-da hakimiyyətin dəyişməsi müəyyən edəcək.

Metbuat.az xəbər verir ki, CNN-nin məlumatına görə Kiyevin taleyi 2024-cü ildə keçiriləcək seçkilərdə amerikalı seçicilərin əlində ola bilər.

Nəşr yazır ki, Vladimir Zelenski hökuməti ABŞ və Qərbin böyük silah axınından asılıdır. Müharibənin nəticəsini həm də xarici amillər, o cümlədən ABŞ, Moskva və Avropa paytaxtlarında siyasi qüvvələrin dəyişməsi müəyyən edəcək.

Yəni ABŞ seçiciləri 2024-cü ilin noyabrında təkcə öz gələcəkləri barədə deyil, Ukraynanın taleyinin həllində böyük rol oynayacaqlar. CNN hesab edir ki, Ukraynanın ən böyük faciələrindən biri öz taleyi ilə bağlı məsələni həll edə bilməməsidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı