Bu yolda rənglənmə işləri aparılır - Sürücülərin nəzərinə

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 6-26-cı km-lik hissəsində yolcizgi, yolgöstərici xətlərin və piyada zolaqlarının yenidən rənglənməsi işləri həyata keçirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Metbuat.az-a verilən məlumata görə, sözügedən işlər bir neçə gün davam etdiriləcək.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və iş aparılan ərazilərdə qoyulmuş müvəqqəti nişanların tələblərinə riayət etmələri xahiş olunur”, - məlumatda qeyd olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR