Avropa Birliyi Komissiyası ilə şirkətlər arasındakı məsləhətləşmələrdən sonra qurum ABŞ-nin polad və alüminiuma tətbiq etdiyi tariflərə qarşı cavab tədbirləri həyata keçirib.
Metbuat.az xəbər verir ki, bu barədə Avropa Komissiyası bəyanat yayıb. Bəyanatda deyilir ki, badam, portağal suyu, quş əti, soya, polad və alüminium, tütün və yaxtalar da daxil olmaqla, geniş çeşiddə ABŞ məhsullarına 25 faiz rüsum tətbiq edilib. Avropa Komissiyasının İqtisadi Təhlükəsizlik sözçüsü Olof Gill bildirib ki, ABŞ ədalətli və balanslaşdırılmış danışıqlar apararaq nəticəsini qəbul edərsə, əlavə vergilər dayandırıla bilər.
Qeyd edək ki, Tramp administrasiyası Avropa Birliyinin bir sıra məshullarına, eləcə də alüminium və poladına 25 faiz, digər bütün idxal məhsullarına isə 20 faiz rüsum tətbiq edib. Avropa Birliyinin ABŞ-a ixrac etdiyi məhsulların 70 faizinin bu vəziyyətdən təsirlənəcəyi qeyd edilib.