Gömrük xətti ilə büdcə daxilolmaları 3,6 mlrd. manatı ötüb

Bu ilin yanvar-iyul aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 3 milyard 606,6 milyon manat təşkil edib.

Metbuat.az DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,4% çoxdur.

Ötən ilin eyni dövründə bu rəqəm 3 milyard 20,3 milyon manat təşkil edib.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 21,5 % artaraq 909,5 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 18,5 % artaraq 2 milyard 549,1 milyon manat, aksizlər üzrə daxilolmalar 42,7 % artaraq 121,8 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 24,2 % azalaraq 26,5 milyon manat olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı