Yol polisindən futbol azarkeşlərinə MÜRACİƏT

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) “Qarabağ" – HİK və “Neftçi”- “Beşiktaş”oyunları ilə bağlı vətəndaşlara müraciət edib.

Metbuat.az xəbər verir ki, İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli azarkeşləri oyunlar keçirilən əraziyə gələrkən ictimai nəqliyyatdan istifadə etməyə çağırıb:

“Bu gün UEFA Avropa Liqasının III təsnifat mərhələsinin birinci oyununda Azərbaycan çempionu “Qarabağ” Finlandiyanın HİK komandası ilə Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da isə “Neftçi” Türkiyə “Beşiktaş”ı ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika stadionu və "Neftçi Arena" ictimai nəqliyyat üçün əlverişlidir.

Xüsusilə “Gənclik” və “Xalqlar dostluğu” stansiyaları avtobusların hərəkəti üçün tam şəraitin yaradılması bütün nəqliyyat ehtiyaclarını ödəyir. Azarkeşlərdən xahiş olunur ki, həmin ərazidə əsasən ictimai nəqliyyatdan istifadə etsinlər. Nəzərə alaq ki, yollardakı hər hansı bir hərəkət sıxlığının yaranması həmin ərazidən istifadə edən vətəndaşlara maneçilik törədə bilər. Bu isə zərurət yarandığı təqdirdə Tofiq Bəhramov adına Respublika stadionuna paralel və kəsişən küçələrdə hərəkət istiqamətlərinin dəyişdirilməsinə və müvəqqəti bağlanmasına zərurət yarada bilər.”

Yol polisi ouyunun yüksək təhlükəsizlik şəraitində keçirilməsi məqsədilə azarkeşlərdən stadiona 1 saat əvvəl gəlməyi tövsiyə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı