Bu ilin yanvar-iyul ayları üzrə Azərbaycanda 17,7 mln. ton neft (kondensatla birlikdə) hasil edilib, bu da illik müqayisədə 7,8% azdır.
Metbuat.az xəbər verir ki, bu barədə Energetika Nazirliyindən məlumat verilib. neft hasilatının 10,6 mln. tonu “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun (AÇG), 2,6 mln. tonu (kondensat) “Şahdəniz” qaz-kondensat yatağının, 40,4 min tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 4,5 mln. ton təşkil edib.
Hesabat dövründə 14,9 mln. ton neft (kondensatla birlikdə) ixraca nəql olunub, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,5% azdır. İxrac olunan neftin 13,2 mln. tonu konsorsium, 1,7 mln. tonu isə SOCAR-ın payına düşüb.