Kənd təsərrüfatı məhsullarında qıtlıq olacaq? - AÇIQLAMA

Havaların quraqlıq keçməsi bir çox hallarda bitkilərin vaxtında yetişməsinə, məhsuldarlığa çox ciddi təsirlər göstərir. Bu baxımdan son günlərdə havaların həddindən artıq isti keçməsi pambıqçılıq, yemçilik, meyvəçilik, bağçılıq üçün bir çox fəsadlar törədə bilər.

Metbuat.az "Trend"ə istinadən bildirir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, su azlığı bitkilərə çox ciddi ziyan vurur.

“Müşahidələr göstərir ki, onsuzda ölkədə su qıtlığı mövcuddur. Havaların isti keçdiyi belə bir şəraitdə pamblq sahələrini, yonca sahələrini, bağ sahələrini vaxtında suvarmaq mümkün olmur. Bu da əlbəttə ki, məhsuldarlığı xeyli dərəcədə aşağı salır, digər tərəfdən bitkilərin, ağacların qurumasına səbəb olur.

Havaların belə isti keçməsi həmdə insanların təsərrüfatlarda işləməsinə normal şəraitin yaradılmasına maneəçilik törədir. Sözsüz ki, belə isti havalarda sahələrdə pambıq becərmək, meyvə yığmaq, digər təsərrüfat işləri görmək çətinləşir. Həddən artıq isti hava şəraitinin olması bu il müəyyən qaydada təsərrüfatlarda öz nəticələrini göstərəcək”, - deyə komitə sədri əlavə edib.

Qeyd edək ki, son günlərdə Azərbaycanda havalar həddindən artıq isti keçir. Havanın maksimal temperaturu Bakıda iqlim normasından 5.2 dərəcə yuxarı olub. Bakıda və Abşeron yarımadasında 41 dərəcəyədək, Naxçıvan MR-da və aran rayonlarında 43 dərəcəyədək, Gəncə-Qazax zonasında 41 dərəcəyədək, dağlıq rayonlarda 35 dərəcəyədək isti olub və isti hava şəraiti hazırda da davam etməkdədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı