Bakıda temperatur normadan 4 dərəcə yüksək olub - FAKTİKİ HAVA

Faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən xəbərə görə, avqustun 15-i saat 09:00-a olan məlumatına əsasən, avqustun 14-də ölkə ərazisində isti hava şəraiti davam etmiş, havanın maksimal temperaturu Aran rayonlarında 42 dərəcəyədək, Naxçıvan MR-də və Gəncə-Qazax zonasında 40 dərəcəyədək yüksəlmişdir.

Bakıda və Abşeron yarımadasında isə temperatur iqlim normasından 4 dərəcə yüksək olmuşdur.

Sinoptik şərait ilə əlaqədar olaraq ərazimizdə isti hava dalğasının təsirinin tədricən azalacağı gözlənilir. Lakin Abşeron yarımadasında normadan yüksək nisbi rütubət şəraiti davam edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı