Azərbaycanda ət, süd və yumurta istehsalı artıb

2023-cü ilin yanvar-iyul aylarında quş əti də daxil olmaqla diri çəkidə 327 min ton ət, 1305,8 min ton süd, 1305,1 milyon ədəd yumurta, 14,4 min ton yun, 356,6 ton barama istehsal olunub.

Metbuat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3,1%, süd istehsalı 1,7%, yumurta istehsalı 12%, barama istehsalı 5,1% artıb, yun istehsalı isə 2,6% azalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR