Rusiya Ukraynanın bir neçə bölgəsini raket atəşinə tutdu

Rusiya Ukraynanın Lvov, Dnepropetrovsk, Volın, Çerkassı və digər vilayətlərinə raket zərbələri endirib.

Metbuat.az xəbər verir ki, Lvov Vilayəti Hərbi Administrasiyasının rəhbəri Maksim Kozinskinin sözlərinə görə, Lvov şəhərində 2 mənzilin üzərinə raket parçaları düşüb. Fəsadlar qeydə alınsa da, insan tələfatı olmayıb. Dnepropetrovsk vilayətinin Hərbi Administrasiyasının rəhbəri Sergey Lisak isəRuisyanın hücumu nəticəsində 2 nəfərin yaralandığını açıqlayıb. Lisak bölgədə 7 raketin vurulduğu barədə məlumat paylaşıb. Volın vilayətinin Hərbi İdarəsinin rəisi Yuriy Poqulyaiko Rusiyanın raket hücumu nəticəsində 3 nəfərin həyatını itirdiyini, bir neçə yaralının isə xəstəxanaya aparıldığını bildirib.

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının açıqlamasına görə, Rusiya hücum zamanı 28 raket atıb. Onlardan 16-sı məhv edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı