Baş nazir Dağıstan rəhbərinə başsağlığı verdi

Baş nazir Əli Əsədov Dağıstan rəhbərinə başsağlığı verib.

Metbuat.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 15-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Mahaçqalada çoxsaylı insan tələfatına səbəb olan yanacaqdoldurma məntəqəsində baş verən partlayışla əlaqədar Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikova başsağlığı verib.

Əli Əsədov Dağıstanın rəhbərinə, həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralılara şəfa diləyib.

Xatırladaq ki, Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində dünən yerli vaxtla saat 21:50-də yanacaqdoldurma məntəqəsində partlayış baş verib. Hadisə nəticəsində 30 nəfərin öldüyü, 100 nəfərdən çox insanın yaralandığı bildirilib. Yaralıların içində azyaşlılar da var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR