Azərbaycan tütün idxalına çəkdiyi xərci 28% artırıb

2023-cü ilin yanvar-iyul aylarında Azərbaycana 63 milyon 776 min dollar dəyərində tütün və tütün məmulatları idxal edilib.

Metbuat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 27.6% və ya 13.8 milyon dollar artıb.

    2022-ci ilin ilk 7 ayında Azərbaycana 49.9 milyon dollar dəyərində tütün və tütün məmulatları gətirilib.

    Qeyd edək ki, hesabat dövründə idxal edilən tütün və tütün məmulatlarının dəyəri Azərbaycanın ümumi idxalının 0.67%-ni təşkil edib.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı