Azərbaycan meyvə-tərəvəz ixracından bu qədər gəlir əldə edib

2023-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycan 400 milyon 118 min dollar dəyərində 396 min 931 ton meyvə-tərəvəz ixrac edib.

Metbuat.az-ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 6.1% və ya 23 mln. 170 min dollar, həcmi isə 13.3% və ya 46 min 527 ton artıb. 2022-ci ilin ilk 7 ayında Azərbaycandan 376 milyon 971 min dollar dəyərində 350 min 404 ton meyvə-tərəvəz ixrac edilib.

    Qeyd edək ki, cari ilin yanvar-iyul aylarında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 1.93%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 19.94%-ə bərabər olub.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı