Azərbaycan bu tarixdə antiterror əməliyyatı keçirəcək - AÇIQLAMA

“Ermənilər bütün cəbhə boyu hərəkətə keçiblər. Qarabağda baş verəcək ciddi hadisələrin əlamətləri görünür”.

Bu sözləri Metbuat.az-a açıqlamasında Azad Vətən Partiyasının sədri, siyasətçi Akif Nağı deyib.

Ermənilərin diplomatik müstəvidə BMT Təhlükəsizlik Şurasına etdiyi təzyiqlər barədə xatırlatma edən siyasətçi bildirdi ki, bəzi digər beynəlxalq regional təşkilatlar da Laçın dəhlizinin açılması ilə bağlı Azərbaycana qarşı hansısa təkliflər, bəzən də tələblər irəli sürürlər:

“Bildiyiniz kimi, Azərbaycan XİN açıqlamasında belə bir ifadə işlətdi ki, sülhməramlıların müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində qeyri-qanuni silahlı erməni dəstələri və Ermənistan silahlı qüvvələrinin qalıqları orada fəallaşırlar. Görünür, onlar orada hansısa fəaliyyətlər icra etmək üçün aktivləşiblər. Ola bilər ki, BMT Təhlükəsizlik Şurasında hansısa qərar qəbul etdirə bilməsələr, regionda təxribat törətsinlər.

Bilirsiniz ki, bir müddətdir İranın oraya 1500 nəfərlik qüvvə yeritməsi, Hindistandan silah daşıması ilə bağlı müəyyən məlumatlar var. Qarabağda böyük, geniş hərbi əməliyyatların başlanacağına inamıram, amma kiçik, lokal, diversiya xarakterli terrorçu qrupları vasitəsilə təxribatlar törədə bilərlər".

Akif Nağı və xanımı “Yeni klinika”ya yerləşdirildi

Yaranmış vəziyyət ilə bağlı Azərbaycanın diplomatik müstəvidə bir çox işlər gördüyünü vurğulayan Akif Nağı hesab edir ki, Azərbaycan planına uyğun olaraq Xankəndi istiqamətində hərəkət etməlidir:

“Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev v\ xarici diplomatlar Ağdama səfər çərçivəsində orada yerli şəraitlə tanış oldular. Yəni bu vacib bir məsələdir ki, bu yol sərfəlidir. H. Hacıyev deyib ki, sovetlər zamanında Ağdam-Xankəndi yolu coğrafi, təbii olaraq nəqliyyat nöqteyi-nəzərindən ən uyğun, ən səmərəli yol kimi istifadə olunub.

Bu yol həddindən artıq qısa - cəmi 23 km-dir. Biz də bu yolla zamanında gedib-gəlmişik. Doğrudan da çox sərfəlidir. Bu gün Azərbaycan Silahlı Qüvvələri tərəfindən daha bir erməni diversiya qrupu da zərərsizləşdirilib, bir nəfər də əsir götürülübdür. Bu da onların dolayısı ilə müharibəyə hazırlığından xəbər verir. Azərbaycan qarşı tərəfin hansısa təxribatını gözləmədən addım atmalıdır. Bu yumşaq güc vasitəsilə də ola bilər, antiterror əməliyyatı ilə ola bilər.

Proqnozlara görə, gələn il sentyabr ayında Azərbaycan antiterror əməliyyatı həyata keçirə bilər. Azərbaycan adətən belə hallarda gözlənilməzlik faktoruna üstünlük verir. Əgər kimlərsə sentyabr ayında deyirlərsə, bu o vaxt da ola bilər, ya da sentyabrdan sonra da baş verə bilər. Ermənistan Qarabağda təxribat törətməklə, beynəlxalq təşkilatları aldadıb yalan məlumatlar yaymaqla məşğuldur. Bu da onların sivil yolla razılığa gəlməyəcəklərinə işarədir. Ona görə də, Azərbaycan məcburdur ki, antiterror əməliyyatını keçirsin. Əməliyyatın dəqiq vaxtını yəqin ki, Azərbaycanın siyasi və hərbi rəhbərliyi müəyyənləşdirəcək”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı