Şimali Koreya, ölkəyə “icazəsiz və qeyri-qanuni” daxil olan ABŞ əsgəri Travis Kingin üçüncü ölkədən sığınacaq istədiyini irəli sürüb.
Metbuat.az xəbər verir ki, bu barədə Şimali Koreyanın rəsmi xəbər agentliyi məlumat verib. Bildirilib ki, hərbçi ayrı-seçkiliyə və qeyri-insani rəftara görə üçüncü ölkəyə getmək istəyir.
İddialara görə King etiraf edib ki, onun Şimali Koreya sərhədini keçməsi ABŞ ordusunda pis rəftar və ayrı-seçkilik nəticəsində baş verib. ABŞ cəmiyyətindəki mövcud olan bərabərsizlikdən narazı olan Kinqin bu səbəbdən Şimali Koreyadan və ya başqa ölkədən sığınacaq istədiyi irəli sürülüb.
Qeyd olunub ki, Kinq sərhədi qəsdən keçib, Şimali Koreya hakimiyyəti tərəfindən saxlanılıb və hadisə ilə bağlı istintaq hələ də davam edir.