Havanın temperaturu bir neçə dərəcə aşağı enib - FAKTİKİ HAVA

Bu günə olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən xəbərə görə, avqustun 17-si saat 09:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 16-da günün ikinci yarısında Böyük Qafqazın bəzi dağlıq ərazilərində şimşək çaxıb, qısamüddətli yağış yağıb.

Düşən yağıntının miqdarı: Şahdağ və Xaltanda 2.0 mm-dək olub.

Gözlənildiyi kimi avqust ayının birinci yarısına nisbətən artıq havanın temperaturu bir neçə dərəcə aşağı enərək Abşeron yarımadasında 33-37 dərəcə olub. Ən yüksək temperatur isə Şərur və Culfada qeydə alınıb, 40 dərəcəyədək isti olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı