Dünyaca məşhur müğənni Britni Spirs və əri Sem Əsgəri boşanır.
Metbuat.az "Star Hit"ə istinadən xəbər verir ki, iddialara görə ayrılığa səbəb, müğənninin xəyanəti olub.
Təxminən bir həftə əvvəl Əsgəri Spirsin sevgilisi olduğu barədə şayiələrdən xəbər tutub. Bundan sonra onların arasında güclü mübahisə yaranıb və Sem evdən ayrılıb.
Xatırladaq ki, cütlük 2016-cı ildə klip çəkilişləri zamanı tanış olublar. Keçən il isə onlar evləniblər.