Qərb peşman oldu - "Onun öldürülməsinə səssiz qalmalı deyildik"

Liviyanın devrilmiş lideri Müəmmər Qəddafinin öldürülməsinə səssiz dayanmaq çox ciddi səhv idi.

Metbuat.az xəbər verir ki, İtaliyanın xarici işlər naziri Antonio Tajani belə deyib. Tajani Liviyanın devrilmiş lideri Müəmmər Qəddafinin öldürülməsi ilə bağlı diqqətçəkən açıqlamalar verib. Tajani bildirib ki, Qəddafinin öldürülməsindən sonra Afrikada xaos başlayıb.

"Qəddafi demokratiyanın ən yaxşı nümunələrindən biri deyildi, lakin onun öldürülməsindən sonra Liviya və Afrikada qeyri-sabitlik başladı" - Antonio Tajani deyib.

Qeyd edək ki, Qəddafi hərbi üsyan zamanı 2011-ci ildə doğulduğu Sirtdə müxalif silahlı qruplar tərəfindən öldürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı