"Buna görə çox xoşbəxtəm" - 35 yaşlı general DANIŞDI

"Mən bu gün çox qürurlanıram ki, Vətən Müharibəsində Xudafərin körpüsünün və ətraf ərazilərin və Zəngilan şəhərinin işğaldan azad olunmasını Cənab Ali Baş Komandana məruzə etmək mənə qismət olub. Buna görə çox xoşbəxtəm".

Metbuat.az "Bizim.media"ya istinadən bildirir ki, bu fikirləri 18 avqust Dövlət Sərhəd Xidməti əməkdaşlarnın peşə bayramı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə general-mayor rütbəsinə layiq görülən Vətən Müharibəsi Qəhrəmanı, DSX-nin Çevik Hərəkət Qüvvələrinin komandanı Babək Ələkbərov deyib.

Azərbaycanın ən gənc generalı, 35 yaşında bu yüksək rütbəyə layiq görülən Babək Ələkbərov, Ali Baş Komandanın bu yüksək etimadını həmişə doğruldacağını qeyd edib:

"Mən bundan sonra da Cənab Ali Baş Komandanın verdiyi bütün xüsusi tapşırıqları bütün güc və məsuliyyətimlə yerinə yetirməyə hazıram".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı