Bakıda fotosu yayılan "nəhəng kərtənkələ" ilə bağlı həqiqət ÜZƏ ÇIXDI

Bakının Zirə kəndində nəhəng kərtənkələnin öldürülməsi ilə bağlı xəbər yayılıb. Sürünən heyvanın fotosu insanlar arasında təşvişə səbəb olub. Sosial şəbəkə istifadəçiləri bunun zəhərli ilan olduğunu iddia edib. Hətta qeyd edilib ki, kərtənkələyə bənzər canlı Qafqazda və Türkmənistanın cənubunda yaşayır. Bu canlının iki növünün “Qırmızı kitab”a düşdüyü və tam zəhərsiz olduğu da deyilir.

Metbuat.az Globalinfo.az-a istinadən xəbər verir ki, AMEA Zoologiya İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Təvəkkül İsgəndərova bildirib ki, həmin kərtənkələnin varan olmadığını bildirib:

“Yazılanlar tamamilə şayiədir. Fotoda gördüyümüz “nəhəng kərtənkələ” bildiyiniz uzunayaq şneyder kərtənkələsidir. Sadəcə, onun şəklini kimsə müasir texnologiya üsulu olan fotoşopla böyüdüb. İnsanlar arasında təşviş yaratmaq üçün yayılan bir şəkildir. Varan kərtənkələsinin quyruğu nazik və uzun olmur”.

Mütəxəssis bildirib ki, Azərbaycanda bu böyüklükdə kərtənkələ növü yaşamır: “Yazılanlar, deyilənlər tam yalandır”


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR