Oğulun anasını öldürdüyü hadisə ilə bağlı yeni detallar - VİDEO

Ucarda qadın naqillə bogularaq öldürülüb.

Metbuat.az "Xəzər tv"yə istinadən istinadən xəbər verir ki, dəhşətli hadisə Ucarda baş verib.

Hadisə dünən saat 10:30 radələrində qeydə alınıb. Qaradağlı kənd sakini 42 yaşlı Şəlalə Qurbanovanın yaşadığı evdə üzərində xəsarət izləri olan meyiti aşkar edilib.

İddialara görə, Faiq anasını öldürdükdən sonra babasına xəbər verib. DİN-dən verilən məlumata görə, hadisədən sonra mərhumun oğlu Bakıya gedib.

23 yaşlı Faiq Qurbanov könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində saxlanıb.

Faktla bağlı Ucar rayon Prokurorluğunda cinayət işi başlanıb. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı