Naxçıvan, Culfa və Ordubad rayonlarına prokuror təyinatı olub.
Metbuat.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Belə ki, Baş prokuror Kamran Əliyev müvafiq əmr ilə Qalib İsmayılov Naxçıvan şəhər prokuroru, Afət Kərimli Culfa rayon prokuroru, Kənan Seyidov ikinci səlahiyyət müddətinə Ordubad rayon prokuroru vəzifəsinə təyin edilib.
Bundan başqa, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Naxçıvan şəhərinin sabiq prokuroru Elsevər Quliyev Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar şöbəsinin prokuroru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Afət Kərimli buna qədər Babək rayon prokurorunun müavini olub.