"Azəriqaz" İstehsalat Birliyi Tərtər, Qax və Yevlax sakinlərinə müraciət edib.
Metbuat.az xəbər verir ki, müraciətdə “Tərtər-2” ölçü qovşağından qidalanan orta təzyiqli yeraltı qaz kəmərində, “Qax” ölçü qovşağından qidalanan orta təzyiqli daşıyıcı qaz xəttində görüləcək təmir işləri və Yevlax şəhəri ərazisində orta təzyiqli qaz xəttinin əhali kollektoruna birləşdirilməsi ilə əlaqədar avqustun 22-si saat 09:00-dan qaz təchizatının dayandırılacağı bildirilir.
Təmir işləri görülən müddətdə Tərtər və Qax rayonlarının, həmçinin Yevlax şəhərinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.