Vətən müharibəsi iştirakçısına yüksək VƏZİFƏ VERİLDİ

Göygöl Mənzil-Kommunal Təsərrüfat İstehsalatı Birliyinin rəisi vəzifəsinə təyinat olub.

Metbuat.az xəbər verir ki, bununla bağlı Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev müvafiq sənəd imzalayıb. Sənədə əsasən, həmin vəzifəyə Vətən müharibəsi iştirakçısı Rəhimov Pərvin Arif oğlu təyin edilib.

O, iyul ayından etibarən sözügedən qurumda Abonent şöbəsinin qrup rəhbəri vəzifəsində çalışıb.

Qeyd edək ki, P.Rəhimov 1992-ci ildə Göygöl rayonunda anadan olub. O, 2010-2014-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Qafqaz ölkələri üzrə Regionşünaslıq (Qafqazşünaslıq) ixtisası üzrə təhsil alıb.

2014-2015-ci illərdə həqiqi hərbi xidmət keçib.

2020-ci il sentyabr ayının 27-də başlayan 44 günlük Vətən müharibəsində Xüsusi təyinatlı Qüvvələrin tərkibində iştirak edib.

O, Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə “Cəsur Döyüşçü”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib. Eləcə də “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı