[ 04 İyun 2015 12:23 ]
Bakı. Fərid Mirzəyev – APA. Həkimlərin mərkəzləşdirilmiş işə qəbulu ilə bağlı bu il 22, 25 və 27 may tarixlərində keçirilmiş müsahibələrin nəticələri açıqlanıb. Bu barədə APA-ya Səhiyyə Nazirliyindən məlumat veriblər.
Müsahibədən müvəffəqiyyətlə keçmiş həkimlər bu il iyunun 5-də Sertifikasiya Komissiyasından iş yerlərinə göndərişləri ala bilərlər.