"Laçın" SBM-dən sərbəst keçidin təmin olunmasından razıyıq" - Erməniəsilli şəxs

Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsindən bu gün keçid edən erməniəsilli şəxs Arstamyan Elen sərbəst keçidin təmin olunmasından razılığını bildirib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bu barədə o, azərbaycanlı jurnalistlərə açıqlamasında deyib.

Sərhəd-keçid məntəqəsindən sərbəst keçidin təmin olunmasından razılığını ifadə edən A.Elen hər şeyin yaxşı olduğunu söyləyib.

O, azərbaycanlıların göstərdiyi münasibətin normal olduğunu qeyd edib.

Qeyd edək ki, bu gün növbəti dəfə Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində 60-a yaxın erməniəsilli şəxslərin sərbəst keçidi təmin olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı